×
A
A
A
Sazlamalar

Avtomobil nəqliyyatı ilə sərnişindaşımada taksilərin payı açıqlanıb

Bakı, 14 dekabr, AZƏRTAC

Yanvar-noyabr aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 272,2 milyon sərnişin daşınıb və 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 26,4 faiz artım qeydə alınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, sərnişinlərin 94 faizi avtobus, 6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Sərnişin dövriyyəsi 25,9 faiz artıb.

Nəqliyyat 2022-12-14 16:53:00