×
A
A
A
Sazlamalar

AZAL Fərqanə şəhərinə reyslər açır

Bakı, 14 dekabr, AZƏRTAC

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Özbəkistana uçuş proqramını genişləndirir və Bakı-Fərqanə-Bakı marşrutu üzrə biletləri satışa çıxarır.
AZAL-dan AZƏRTAC-a bildirilib ki, aviaşirkət bu şəhərə ilk uçuşunu dekabrın 15-də həyata keçirəcək, uçuşlar həftədə bir dəfə - cümə axşamı yerinə yetiriləcək.
Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı AZAL, həmçinin Özbəkistanın digər iki şəhərinə - Daşkənd və Səmərqəndə uçuşlar həyata keçirir. Aviaşirkətin bu və digər reyslərinə aviabiletləri rəsmi saytdan www.azal.az, habelə aviadaşıyıcının akkreditə olunmuş agentliklərindən əldə etmək olar.
Qeyd olunan reyslərə müəyyən edilmiş daşıma şərtlərinə uyğun olan və mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər buraxılacaq.
Azərbaycan və Özbəkistana giriş qaydaları haqqında ətraflı məlumatı aviadaşıyıcının saytından, “Giriş qaydaları” bölməsindən əldə etmək olar.

Nəqliyyat 2022-12-14 16:20:00