“Technest” təqaüdçüləri üçün master-klass keçirilib
Bakı, 12 dekabr, AZƏRTAC
Bakı Dizayn Akademiyası və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin əməkdaşlığı çərçivəsində “Technest” təqaüdçüləri üçün master-klas keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Bakı Dizayn Akademiyasında Peşəkar UX&UI proqramında pedaqoq kimi fəaliyyət göstərən mütəxəssis Aqşin Rəcəbov və Akademiyanın müəllimi olan Peşəkar UX&UI-i üzrə türkiyəli mütəxəssis Nilay Ocak təcrübələrini iştirakçılarla bölüşüb.
Aqşin Rəcəbov “İnsanların davranış və vərdişlərinin dizaynı”, Nilay Ocak isə “Design Thinking” mövzularında tədbir iştirakçılarına master-klas keçiblər. Nilay Ocak çıxışdan sonra iştirakçıları komandalara bölərək master-klas ərzində öyrənilənləri yarışma üsulu ilə praktikaya çevirib.
Qeyd edək ki, 2018-ci ildən fəaliyyət göstərən Bakı Dizayn Akademiyası dizayn sahəsinin müxtəlif istiqamətləri üzrə beynəlxalq səviyyəli mütəxəssislər yetişdirən təhsil müəssisəsidir. Akademiyada dizayn sahəsinin UX&UI, Qrafik dizayn, İnteryer Dizayn, Animasiya Dizaynı, 3D dizayn və “Graphic Art Direction” ixtisasları tədris olunur. Eyni zamanda, Akademiya 2021-ci ildən etibarən ABŞ-ın “Adobe” və “Autodesk” şirkətlərinin Azərbaycanda yeganə rəsmi təmsilçisidir. “Adobe” və “Autodesk” şirkətlərinin beynəlxalq səviyyədə tanınan sertifikatlarını əldə etmək istəyənlər Bakı Dizayn Akademiyasının nəzdində yerləşən Beynəlxalq İmtahan Mərkəzində imtahan verirlər.
“Microsoft” şirkətinin məhsulu olan “Outlook”da kritik boşluq aşkarlanıb - Xəbərdarlıq
® "Gələcək üçün kodlaşdır" hakatonunun qalibləri mükafatlandırıldı
“Azərkosmos” İsrailin “Spacecom” peyk operatoru ilə əməkdaşlıq müqaviləsi imzalayıb