×
A
A
A
Sazlamalar

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Ulu Öndərin məzarını ziyarət ediblər

Bakı, 12 dekabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimləri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, din xadimləri Ulu Öndərin ruhuna dualar oxuyub, məzarı önünə güllər düzüblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə güllər düzülüb.

Din 2022-12-12 17:00:00