Kürdəmirdə 43 yaşlı qadın xəstəxanada ölüb
Bakı, 12 dekabr, AZƏRTAC
Dekabrın 11-i saat 21 radələrində Kürdəmir rayonu, Yenikənd kənd sakini 1979-cu il təvəllüdlü Saray Eminovanın Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Kürdəmir Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Saray Eminova dekabrın 10-da “uşaqlığın leomioması, qanaxma ilə, anemiya” diaqnozu ilə xəstəxanaya daxil olub, həmin gün saat 12:00-da isə əməliyyat olunub. Göstərilən tibbi yardıma baxmayaraq S.Eminova vəfat edib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma davam edir.
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər saxlanılıblar
DİN: Son 20 gündə 250 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb VİDEO
Paytaxt sakininə qarşı quldurluq edilib