Sanitariya-gigiyena qaydalarını pozan şəxslə bağlı protokol tərtib olunub
Bakı, 10 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə növbəti tədbir keçirib. Tədbir zamanı Qaradağ rayonunun Lökbatan qəsəbəsi Mədən küçəsində atmosferə atılan zərərli maddələrin zərərsizləşdirilməsi üçün tüstü bacalarına təmizləyici qurğuların quraşdırılmaması, həmçinin istehsalat və məişət tullantılarının qalaqlanması aşkarlanıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İnzibati Xətalar Məcəlləsinin 237.1-ci (müəssisələr, qurğular və başqa obyektlər istismara verildikdə və ya istismar müddətində ekoloji tələblərin pozulması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozduğuna görə hüquqi şəxs Ə.Mehtiyev barəsində protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Saray qəsəbəsində ağır yol nəqliyyat hadisəsi zamanı üç nəfər ölüb
Qaradağda qətlə yetirilən kişinin ölüm səbəbi açıqlanıb
Pulemyot satmaq istəyən şəxs həbs olunub
Ələtdə qətl törədən şəxs tutulub
Ələtdə evdə üzərində zorakılıq əlamətləri olan meyit aşkarlanıb - YENİLƏNİB