×
A
A
A
Sazlamalar

Nəsimi rayonunda müəssisə əməkdaşı işlədiyi uşaq evindən oğurluq edib

Bakı, 10 dekabr, AZƏRTAC

Paytaxtın Nəsimi rayonunda yerləşən uşaq evlərinin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, naməlum şəxs müəssisədən məişət əşyaları və ümumi dəyəri 780 manat olan iki xalça oğurlayıb.
Rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin müəssisədə işləyən R.Kərimova saxlanılıb. O, ifadəsində törətdiyi hadisəni etiraf edib.
Faktlarla bağlı Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.

Hadisə 2022-12-10 12:45:00