×
A
A
A
Sazlamalar

Qobuda yaşayış binasında yanğın: 50 nəfər təxliyə olunub

Bakı, 10 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi “Qobu Park-3” yaşayış kompleksi, bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının birinci mərtəbəsindən doqquzuncu mərtəbəsinə qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyənləşdirilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.
Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-in qüvvələri tərəfindən ümumilikdə 50 nəfər təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub.

Hadisə 2022-12-10 11:35:00