Bu ilin ən yaxşı Avropa ixtirası
Madrid, 10 dekabr, AZƏRTAC
Madrid Politexnik Universitetinin komandası Avropa Komissiyası tərəfindən verilən Radar İnnovasiya Mükafatlarının Kickstarter kateqoriyasında mükafat alıb.
AZƏRTAC xəbər verir ki, ispaniyalı tədqiqatçılar bərpa olunan mənbələrdən böyük miqdarda enerji saxlayan batareya modeli olan Amadeus layihəsini həyata keçiriblər.
Bu, 2022-ci ilin ən yaxşı ixtiralarından biridir, çünki batareya külək və günəş istehsalı zamanı yaranan artıq enerjini istilik şəklində saxlayır, beləliklə, istilik materialı qızdırmaq üçün istifadə olunur. Batareya qənaətcil olaraq böyük miqdarda elektrik enerjisini uzun müddət saxlayır.
Yeni akkumulyator modeli iqlim dəyişikliyi ilə mübarizə üçün nəzərdə tutulub.
İspan alimləri ümid edirlər ki, mükafat akkumulyatorun sənaye miqyasında istehsalı üçün əlavə maliyyə vəsaitinin toplanmasına təkan verəcək.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
NASA bəşəriyyətin Aya qayıtması üçün yeni nəsil skafandr təqdim edib
UNEC-in komandası “TEXNOFEST”in finalına yüksəlib
Tokio hava limanında ən böyük günəş paneli quraşdırılacaq
“OneWeb” qlobal internetdə hegemonluğa yaxındır
“Tesla” daha ucuz və mükəmməl batareya istehsal etmək üçün Asiya şirkətlərinə müraciət edir