×
A
A
A
Sazlamalar

Ov tüfəngi ilə ehtiyatsız davranması həyatına son qoydu

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da saat 20 radələrində Lerik rayonunun Vamazqon kəndində Masallı rayon sakini 1975-ci il təvəllüdlü Ədalət Şiriyevin ov tüfəngindən açılan atəş nəticədən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin məlumata görə hadisənin Lerik rayonunun sakini 1977-ci il təvəllüdlü Əmir Litfiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verdiyi bildirilir.
Hadisə yerinə polis və prokurorluğun əməliyyat-axtarış, əməliyyat-istintaq qrupu cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.

 

Hadisə 2022-12-09 21:47:00