×
A
A
A
Sazlamalar

Türkiyə və Bolqarıstan ticarət dövriyyəsini 10 milyard dollara yüksəltməyi hədəfləyir

Ankara, 9 dekabr, AZƏRTAC

Keçən il Bolqarıstanla ticarət dövriyyəmiz 6 milyard dollara çatdı. Ortaq hədəfimiz qısa zaman kəsiyində bu məbləği 10 milyard dollara yüksəltməkdir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məxsusdur.
İstanbulda Bolqarıstan Prezidenti Rumen Radev ilə birgə keçirdiyi mətbuat konfransında iki ölkə arasında münasibətlərin dinamik inkişafından məmnunluğunu ifadə edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, Bolqarıstan tərəfində gömrük-keçidlərinin modernləşdirilməsinin başa çatdırılması və qida təftişi infrastrukturunun gücləndirilməsi sayəsində əməkdaşlığımız daha da inkişaf edəcək.
Yüksək qonaqpərvərliyə və münasibətlərin inkişafında göstərdiyi səylərə görə türkiyəli həmkarına dərin minnətdarlığını ifadə edən Bolqarıstan dövlət başçısı vurğulayıb ki, enerji sahəsində əməkdaşlığımız dərinləşməlidir. Ölkəmiz üçün çox çətin bir vaxtda Türkiyə maye qazla bizə kömək etdi.
Liderlər digər mühüm sahələrdə olduğu kimi qanunsuz miqrasiya prosesi ilə bağlı da səmərəli əməkdaşlığın vacibliyi üzərində dayanaraq bu problemin həlli üçün birgə tədbirlərin görülməsini qərarlaşdırıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2022-12-09 19:46:00