Rusiya neftinin bir barelinin qiyməti 43,73 dollara enib
Moskva, 9 dekabr, AZƏRTAC
Rusiyanın “Urals” markalı neftinin bir barelinin qiyməti 43,73 dollara enib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya KİV-i “Bloomberg” agentliyinə istinadla məlumat yayıb.
Agentlik Rusiyanın Avropada alıcılarını itirəndən sonra “Urals” markalı neftini yalnız Çinə və Hindistana satdığını vurğulayıb. İndi Asiya bazarında rəqabətə davam gətirmək üçün Rusiya neftinin qiymətini aşağı salmalı olub.
“Argus” analitik agentliyinin mütəxəssisləri Rusiya neftinin Avropa İttifaqının (Aİ) qiymət həddi müəyyən etməsindən sonra deyil, Avropa bazarını itirməsindən sonra dəyərdən düşdüyünü ehtimal edirlər.
Dekabrın 9-da Rusiyanın energetika naziri Nikolay Şulginov Aİ və G7 ölkələrinin qiymət həddi müəyyən etməsinə cavabın Prezident Fərmanı ilə veriləcəyini bildirib. Onun sözlərinə görə, Prezident Fərmanı dərc ediləndən sonra hökumət öz qərarını elan edəcək. Qiymət həddinə qarşı cavab tədbirlərinə dair təkliflər artıq Rusiya hökumətinə təqdim edilib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Almaniya XİN: Türkiyəyə hər cür kömək göstərməyə hazırıq
Britaniyada on minlərlə tibb bacısı və təcili tibbi yardım işçisi tətil edir
İsveç zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyə hökumətinə öz köməyini təklif edib
Fransada pensiya islahatına qarşı tətil və etirazlar davam edir
Türkiyədə zəlzələ: həlak olanların sayı 1014 nəfərə yüksəlib