Dəmir yolu relslərini oğurlamaq istəyən şəxslər saxlanılıblar
Şirvan, 9 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir yolu Nəqliyyatında Polis İdarəsinin İmişli stansiya Xətt Polis Şöbəsinin Şirvan stansiya Xətt Polis bölməsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində axşam saatlarında dəmir yolu relslərini kəsərək aparmaq istəyən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbirlərlə Şirvan çeşidləmə mənzilinin 48-ci kilometrliyində, dəmir yolunun yaxınlığında 3 ədəd dəmir yolu relsini kəsərək avtomobilə yükləyən zaman üç nəfər saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakinləri A.Hüseynov, C.Səlimov və E.Səlimov olduqları müəyyən edilib.
Həmin şəxslər maddi sübutla birlikdə Şirvan stansiya Xətt Polis bölməsinə gətiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Gənclərin karyera və şəxsi inkişafı ilə bağlı görüş olub
Qardaş köməyi: Gəncədən Türkiyədə zəlzələdən əziyyət çəkənlərə dəstək
Kamil bir palançı olsa da insan…
Naxçıvandan Türkiyəyə ilkin olaraq 12 TIR yola düşüb
Lənkəranda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib