×
A
A
A
Sazlamalar

Xorvatiya və Braziliya yığmalarının start heyətləri bəlli olub

Bakı, 9 dekabr, AZƏRTAC

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsində üz-üzə gələcək Xorvatiya və Braziliya yığmalarının start heyətləri bəlli olub.
AZƏRTAC xəbər verir ki, Xorvatiya millisinin start heyətində Dominik Livakoviç, Yosip Yuranoviç, Deyan Lovren, Yoşko Qvardiol, Borna Sosa, Marselo Brozoviç, Mateo Kovaçiç, Luka Modriç, Mario Pasaliç, İvan Perisiç və Andrey Kramariç yer alıblar.
Braziliya yığmasının heyətində isə meydana Alisson Bekker, Eder Militao, Tyaqo Silva, Markinyos, Danilo, Kazemiro, Neymar, Lukas Paketa, Rişarlison, Rafinya və Vinisius Junior çıxacaqlar.
“Education City” stadionunda oynanılacaq matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

İdman 2022-12-09 18:32:00