Azərbaycanla Serbiya arasında elektrik enerjisi və qaz ixracı imkanları müzakirə olunub
Bakı, 9 dekabr, AZƏRTAC
Azərbaycan ilə Serbiya arasında elektrik enerjisinin ixracı və təbii qaz sahəsində perspektiv imkanlar müzakirə olunub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Pərviz Şahbazov Serbiyanın ölkəmizdəki səfiri Draqan Vladisavljeviç ilə görüşüb. Söhbət zamanı ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərindən bəhs edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiyaya səfərinin, iki ölkə arasında əməkdaşlığın daha da yüksəldilməsinə töhfə verəcək birgə bəyanatın və digər mühüm sənədlərin imzalanmasının Azərbaycan və Serbiya əlaqələrinin sürətli inkişafında önəmli rolu vurğulanıb.
Görüşdə energetika sahəsində mövcud əməkdaşlıq və gələcək strateji hədəflər barədə danışılıb, elektrik enerjisinin ixracı və təbii qaz sahələrində perspektiv imkanlar nəzərdən keçirilib.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir