Energetika nazirinin Zaqatalada vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
Bakı, 9 dekabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazovun dekabrın 23-də Zaqatalada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul dekabrın 19-da saat 12:00-dan etibarən Zaqatala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Zaqatala şəhəri, Car küçəsi 1) keçiriləcək. Energetika naziri Zaqatala, Balakən və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Energetika Nazirliyinin “974” Çağrı mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialı (əlaqələndirici şəxs Asim Məmmədov, əlaqə telefonları: (+99424) 245-21-35, (050) 378-28-46, email: office[email protected]) vasitəsilə müraciət edə bilərlər.
Nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazılmaq mümkündür.
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir