İsmayıllıda 32 tondan çox quru tütün yarpağı təhvil verilib
İsmayıllı, 9 dekabr, AZƏRTAC
İsmayıllı rayonunda cari ildə 32,4 ton quru tütün yarpağı tədarük olunub.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, builki mövsümdə İsmayıllının 13 kəndində ümumilikdə 30 hektar sahədə tütün əkilmişdi. Bu sahələrin hər hektarından 22,07 sentner məhsul götürülüb. Tütün yarpağı qurudularaq alıcı şirkətlərə təhvil verilib.
Ağdamda kənd təsərrüfatı məhsullarının istehsalı 21,9 faiz artıb
Azərbaycanda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb
Əllidən çox yerli və xarici şirkət Ağdaşda bir araya gəldi
Qusarda son iki ildə min hektardan çox intensiv meyvə bağları salınıb
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 101,1 faiz olub