Şəhərlərarası avtobuslara biletləri mobil tətbiq vasitəsilə əldə etmək mümkün olacaq VİDEO
Bakı, 9 dekabr, Elvin Camalov, AZƏRTAC
Sərnişinlər şəhərlərarası və rayonlararası avtobuslara biletləri mobil tətbiq vasitəsilə ala biləcəklər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin sədri Anar Rzayev deyib.
O bildirib ki, artıq vətəndaşlar avtovağzala gəlmədən "biletim.az" portalı və ya mobil tətbiq vasitəsilə avtobuslara bilet əldə edə biləcəklər. Bundan əlavə, avtovağzalların kassalarından da bilet almaq mümkün olacaq.
Bakı metrosunun “B-04” stansiyasının elektrik təchizatı sistemi təsdiqlənib
Bakıda 4 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
Heydər Əliyev prospektinin yan yolunda hərəkət məhdudlaşdırılacaq
Növbəti yeni qatar xəttə verilib
Qazaxıstan dənizdə axtarış-xilasetmə tədbirləri ilə bağlı Azərbaycanın təcrübəsini öyrənmək istəyir