Xaçmazda göbələk turşusundan zəhərlənən qadın ölüb
Xaçmaz, 9 dekabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda iki nəfər göbələk turşusundan zəhərlənib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Şimal qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakinləri 78 yaşlı Roza Nemətova və 43 yaşlı Çimnaz Ağayeva zəhərlənmə diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Roza Nemətovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Qubada qəza: ölən və yaralanan var
Sumqayıtda şəhid ailəsi ziyarət olunub
İsmayıllıda vətəndaşlardan qanunsuz olaraq saxladıqları 20 tüfəng götürülüb
Beynəlxalq səyyahlar kütləvi məzarlığın axtarışı gedən Aşağı Seyidəhmədli kəndində olublar VİDEO
Qubalı məktəblilər Polis Akademiyasına qəbulla bağlı məlumatlandırılıblar