×
A
A
A
Sazlamalar

ABŞ Ədliyyə Nazirliyi Trampı məsuliyyətə cəlb etmək niyyətindədir

Bakı, 9 dekabr, AZƏRTAC

ABŞ Ədliyyə Nazirliyi sabiq prezident Donald Trampı məxfi sənədlərin təhvil verilməsi üçün yayda göndərilmiş çağırış vərəqəsində göstəriləni yerinə yetirmədiyinə görə məhkəməyə hörmətsizlikdə ittiham etməyə çalışır. Bu barədə CNN telekanalı məlumat yayıb.
AZƏRTAC “Interfax” agentliyinə istinadla xəbər verir ki, iş üzrə dinləmə dekabrın 9-da olacaq. Tramp təqsirkar bilinərsə, onu cərimə gözləyir.
Trampın Floridadakı mülkündə avqust ayında FTB agentləri tərəfindən axtarış aparılıb. KİV-in yazdığına görə, axtarış Trampın Ağ Evin sənədlərini mənimsəməsi ilə bağlı olub. Tramp prezident postundan getdikdən sonra həmin sənədləri Mar-a-Laqo malikanəsində saxlayırmış.
ABŞ KİV-nə görə, axtarış orderində sabiq dövlət başçısı tərəfindən casusluq qanununun mümkün pozulmasına görə FTB-nin təhqiqat apardığı göstərilib.
Bu yaxınlarda prokurorlar bildiriblər ki, məxfi dövlət sənədləri hələ də yoxdur və Tramp onları geri qaytarmalıdır.

Dünya 2022-12-09 08:14:00