×
A
A
A
Sazlamalar

Niderland Qran-Prisi 2025-ci ilədək Formula 1 təqvimində qalacaq

Bakı, 9 dekabr, AZƏRTAC

Niderland Qran-Prisi 2025-ci ilədək Formula 1 təqvimində qalacaq.
AZƏRTAC Formula 1-in rəsmi saytına istinadla xəbər verir ki, Niderland Qran-Prisinin təşkilatçıları 2023-cü ildə başa çatacaq müqavilənin müddətinin daha iki il uzadıldığını elan ediblər.
Gələn il Niderland Qran-Prisi avqustun 25-27-də Zandvurtda təşkil olunacaq. Azərbaycan Qran-Prisi isə aprelin 28-dən 30-dək Bakı şəhər halqasında keçiriləcək.

 

İdman 2022-12-09 06:06:00