×
A
A
A
Sazlamalar

“Qarabağ”-“Qəbələ” - 2:2

Bakı, 9 dekabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan kuboku yarışının dörddəbir final mərhələsinin daha bir matçı oynanılıb.
AZƏRTAC xəbər verir ki, turnirin son qalibi “Qarabağ” klubu “Qəbələ”ni qəbul edib. Qarşılaşma 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Azersun Arena”da keçirilən oyunda "Qarabağ"ın heyətində Musa Qurbanlı dubl edib. Rəqib komandanın qollarını Emil Səfərov və Omar Hani vurublar.
Komandalar arasında cavab matçı dekabrın 19-da oynanılacaq.
Günün ilk görüşündə “Zirə” öz meydanında “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, dörddəbir final mərhələsinin digər iki oyunu dekabrın 9-da olacaq. “Kəpəz” “Turan Tovuz”u, “Səbail” isə “Sabah”ı qəbul edəcək.

İdman 2022-12-09 00:13:00