×
A
A
A
Sazlamalar

Rumıniya və Bolqarıstanın Şengen məkanına daxil olması əngəllənib

Buxarest, 8 dekabr, AZƏRTAC

Dekabrın 8-də aparılan müzakirələrdə Avropa İttifaqının (Aİ) Daxili İşlər və Ədliyyə Şurası Bolqarıstan və Rumıniyanın Şengen zonasına daxil olmasına dair qərarı dəstəkləməkdən imtina edib. Aİ-nin 27 nazirindən 25-i Balkan ölkələrini dəstəkləyib, Avstriya və Niderland nümayəndələri isə ölkələrin Şengen məkanına daxil olmasının əleyhinə səs verib. Xorvatiyanın Şengen məkanına daxil olmasına heç bir ölkə etiraz etməyib.
Qeyd edək ki, Şengen zonasına Avropa İttifaqının 26 ölkəsi daxildir. Avropa Komissiyası noyabrın 16-da Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengen zonasına qoşulmağa hazır olduğunu bildirib və Aİ Şurasına bu qərarı təsdiqləməyi tövsiyə edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Buxarest

Dünya 2022-12-08 20:50:00