XİN: Karen Donfrid Laçın yolunda son qanunsuz fəaliyyətlər barədə məlumatlandırılıb
Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin köməkçisi arasında telefon danışığı olub
Bakı, 8 dekabr, AZƏRTAC
Xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, habelə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov sülh müqaviləsi üzrə aparılan danışıqların cari vəziyyəti, kommunikasiyaların açılması və delimitasiya məsələləri üzrə səylər barədə məlumat verib. Bununla yanaşı, Laçın yolundan istifadə etməklə həyata keçirilən son qanunsuz fəaliyyətlər qeyd olunub.
Karen Donfrid ABŞ-ın bölgədə sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb. Liderlər və nazirlər arasında əldə olunmuş razılıqlara uyğun olaraq sülh prosesinin irəlilədilməsinin vacib olduğunu bildirib.
Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib
“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT
Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB
Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb