Bu il Balakəndə 31 min 717 ton tərəvəz istehsal edilib
Balakən, 8 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun torpaq mülkiyyətçiləri builki mövsümdə 2037 hektar sahədə tərəvəz bitkiləri yetişdiriblər. Təsərrüfatlarda tərəvəz məhsullarının yığımı artıq başa çatıb. Fermerlər bu il 31 min 717 ton tərəvəz istehsal ediblər. Tərəvəzçilikdə məhsul istehsalı ötən illə müqayisədə 2 min 662 ton artıb. Hər hektardan orta hesabla 155,7 sentner məhsul götürülüb. Məhsuldarlıq əvvəlki illə müqayisədə hər hektara görə 11 sentner artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, cari mövsümdə təsərrüfatlarda 12 min 672 ton xiyar, 6 min 465 ton pomidor, 2 min 854 ton kələm, həmçinin digər tərəvəz məhsulları istehsal olunub.
Eyni zamanda, rayonun torpaq mülkiyyətçiləri builki mövsümdə 618 hektar kartof sahəsindən 6 min 65 ton məhsul götürüblər. Hər hektarda məhsuldarlıq 98,1 sentner təşkil edib. Kartof istehsalı əvvəlki illə müqayisədə 110 ton artıb.
Ağdamda kənd təsərrüfatı məhsullarının istehsalı 21,9 faiz artıb
Azərbaycanda heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb
Əllidən çox yerli və xarici şirkət Ağdaşda bir araya gəldi
Qusarda son iki ildə min hektardan çox intensiv meyvə bağları salınıb
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 101,1 faiz olub