Malayziyada 136 milyard dollar dövlət vəsaitinin israfı ilə bağlı təhqiqat başlayıb
Bakı, 8 dekabr, AZƏRTAC
Malayziyanın korrupsiya əleyhinə komissiyası dövlət xəzinəsindən 136,2 milyard dollar həcmində dövlət vəsaitinin ehtimal edilən israfı ilə bağlı təhqiqata başlayıb.
AZƏRTAC BERNAMA agentliyinə istinadla xəbər verir ki, təhqiqata ölkənin yeni Baş naziri Ənvər İbrahimin sabiq hökumət başçısı Muhiddin Yasin tərəfindən təsdiq edilən çoxmilyardlı hökumət layihələrinə yenidən baxılacağı ilə bağlı bəyanatı fonunda start verilib. Yeni Baş nazir hesab edir ki, bu layihələrin təsdiqi zamanı lazımi prosedurlara əməl olunmayıb.
Malayziyada noyabr ayında keçirilən ümumi seçkilərdə heç bir partiya parlamentin aşağı palatasında mütləq üstünlük əldə edə bilməyib və koalisiya hökumətinin qurulması zərurəti yaranıb. Lakin tərəflər bu məsələ ilə bağlı razılığa gələ bilməyib. Nəticədə Malayziya kralı Abdullah əvvəllər Baş nazirin müavini olmuş Ənvər İbrahimi hökumət başçısı təyin edib.
Ənvər İbrahim hökumət xərclərinə qənaət etmək məqsədilə nazirlərinin sayını azaldacağını və maaşlarını aşağı salacağını bildirib. O, həmçinin “Mercedes S600” markalı xidməti avtomobilindən imtina edib.
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır