Qusarda avtomobil sexində baş vermiş yanğın söndürülüb
Bakı, 8 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Qusar şəhərinin Ç.Qurbanov küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qusar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus avtomobil təmiri sexində baş verdiyi və genişlənmə riskinin yüksək olduğu müəyyənləşdirilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan sexin içərisində yığılmış avtomobil şinləri 20 kvadratmetr sahədə, dam örtüyünün yanar konstruksiyaları 50 kvadratmetr sahədə və sexdə təmirə dayanmış “Shacman” markalı yük avtomobilinin arxa işıqları qismən yanıb.
Sexin böyük hissəsi və yük avtomobili alovdan mühafizə olunub.
DİN: Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb
Yasamal rayonunda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 10 nəfər saxlanılıb VİDEO
DİN: Ölkə ərazisində qeydə alınan 74 cinayətin üstü açılıb
Gömrükçülər külli miqdarda narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıblar