×
A
A
A
Sazlamalar

Sara Maykl: Azərbaycanda özəl sektorun inkişafına xüsusi diqqət göstərilməlidir

Bakı, 8 dekabr, AZƏRTAC

İqtisadi inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycanda özəl sektorun inkişafına xüsusi diqqət ayrılmalıdır.
AZƏRTAC xəbər verir ki, bunu Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sara Maykl deyib.
O bildirib ki, müstəqillikdən sonra Azərbaycan iqtisadiyyatında fəal inkişaf mövcuddur. ÜDM artıb, yoxsulluq səviyyəsi kəskin şəkildə azalıb. Eyni zamanda, ölkə neft və qaz hasilatından əlavə, son illərdə qeyri-neft sektorunun inkişafına da xüsusi diqqət yetirir.
Onun sözlərinə görə, ölkənin 5 əsas məqsədi nəzərə alınmaqla ölkə iqtisadiyyatı daha da fəal inkişaf edəcək.

 

İqtisadiyyat 2022-12-08 17:13:00