Tikinti şirkətləri bəzən ekoloji ekspertizaya həvəsli olmurlar
Sumqayıt, 8 dekabr, Firuz Novruzov, AZƏRTAC
Sumqayıt şəhəri və Abşeron rayonunda tikinti şirkətləri tərəfindən inşası nəzərdə tutulan yaşayış binalarının ekoloji ekspertizası getdikcə qaçılmaz zərurətə çevrilir.
AZƏRTAC xəbər verir ki, bunu Sumqayıtda sakinlər, mütəxəssislər və müvafiq tikinti şirkətlərinin nümayəndələrinin iştirakı ilə birgə təşkil olunan ictimai dinləmələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyi İdarə heyətinin sədri Mirsalam Qənbərov bildirib.
Sədr ekoloji ekspertizaya bəzən tikinti şirkətlərinin həvəsli olmadığını, belə hallarda isə qanunvericilikdən irəli gələn addımların atıldığını deyib. “İnsanlarımız unutmamalıdırlar ki, ekoloji problemlər yaşadığımız indiki dövrdə bir şəhər və rayonun, hətta bir ölkənin inzibati sərhədləri ilə bitmir. Belə problemlər getdikcə daha çox qloballaşmaqda davam edir”, - deyə Mirsalam Qənbərov əlavə edib.
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 3 nəfər saxlanılıb
Britaniya səfiri Ağcabədidə Qadın Resurs Mərkəzinin işi ilə tanış olub
Azərbaycan multikulturalizmi seriyasından olan nəşrlər Xaçmazda təqdim edilib
Şəkidə sahibkarların və sakinlərin qaz təchizatı ilə bağlı müraciətləri dinlənilib