×
A
A
A
Sazlamalar

Ağdamda 17 min 828 hektar sahədə payızlıq bitkilər əkilib

Ağdam, 8 dekabr, AZƏRTAC

Ağdam rayonunun kənd təsərrüfatında payız işləri davam edir.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, cari ilin 11 ayında torpaq mülkiyyətçiləri 9 min 926,5 hektar taxıl sahəsindən 40 min 10 ton, 3 min 416,4 hektar tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular sahəsindən 97 min 258,1 ton məhsul toplayıblar. Bununla yanaşı, rayonda 4187 ton meyvə, 405,1 ton üzüm istehsal olunub.
Rayonun fermerləri cari ilin payızlıq əkinləri üçün 23 min 124 hektar sahədə şum qaldırıb, 17 min 828 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər əkiblər. Payızlıq əkinlərin 1062 hektarı yaşıl yem, 13 min 263 hektarı dən üçün buğda, 3503 hektarı isə dən üçün arpadır.
Hazırda rayonda pambıq yığımı və taxıl səpini davam edir.

Kənd təsərrüfatı 2022-12-08 14:21:00