Biləsuvarda qətlə yetirilən kişi meyiti aşkarlandı
Bakı, 8 dekabr, AZƏRTAC
Dekabrın 8-də saat 3 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində kənd sakini 1982-ci il təvəllüdlü Mehtun Qarayevin üzərində qırma xəsarətləri olan meyiti aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində “isti izlərlə” əməliyyat-axtarış tədbirləri görülüb.
Şəxsi münasibətlər zəminində əməli törətməkdə şübhəli bilinən həmin kənd sakini 1985-ci il təvəllüdlü Cavad Kərimov saxlanılıb. Ondan cinayət aləti olan ov silahı aşkar olunaraq götürülüb.
DYP Bakıda reyd keçirib, qaçırılmış avtomobil saxlanılaraq sahibinə təhvil verilib
Qusarda iki maşın toqquşub, ölən və xəsarət alanlar var
FHN-in xilasediciləri intihara cəhdin qarşısını alıb VİDEO
Şəmkir şəhərində və Zəyəm qəsəbəsində yaşayış evlərini su basıb VİDEO
Bərdədə qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs saxlanılıb