×
A
A
A
Sazlamalar

“Azərbaycan-Türkiyə Enerji Forumu” çərçivəsində seminar keçirilib

Bakı, 7 dekabr, AZƏRTAC

Dekabrın 7-də “Azərbaycan-Türkiyə Enerji Forumu” çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Geotermal enerjinin əhəmiyyəti və iqtisadi inkişafa töhfəsi” mövzusunda onlayn seminar keçirilib.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, Agentliyin feysbuk səhifəsi vasitəsilə canlı keçirilən vebinarda İzmir Yüksək Texnologiya İnstitutunun professoru, Dr.Alper Baba tərəfindən dünyada bərpa olunan enerji istehsalında geotermal enerjinin rolu, iqtisadi inkişafa təsiri, texnoloji irəliləyişlər və digər məsələlər barədə ətraflı məlumat verilib.
Sonda izləyicilərin mövzu ilə bağlı sualları cavablandırılıb.

 

Energetika 2022-12-07 19:30:00