Lökbatan qəsəbəsində yeni ağac kəsintisi faktı qeydə alınmayıb
Bakı, 7 dekabr, AZƏRTAC
Bu ilin aprel ayında paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində altı ağacın qanunsuz kəsilməsi nəticəsində təbiətə dəyən ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Ərazidəki ağaclar isə sayılaraq qeydiyyata alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov məlumat verib.
Xidmət rəsmisinin sözlərinə görə, bu gün həmin əraziyə təkrar baxış keçirilib və nəticədə yeni ağac kəsintisi faktı qeydə alınmayıb.
Dağlıq rayonlarda yolların buz bağlayacağı gözlənilir
Fevralın 1-dək respublikanın bəzi bölgələrində qar yağacaq
Dağlıq və dağətəyi rayonlarda havanın yağıntılı olacağı proqnozlaşdırılır
Kür çayının aşağı axınında suyun səviyyəsi azalıb
Yanvarın ikinci ongünlüyündə minimum temperatur Gədəbəydə qeydə alınıb