Şəmkir rayonunda arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 7 dekabr, AZƏRTAC
Şəmkir rayonunun Könüllü kəndi ərazisində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə istintaq davam edir.
Binəqədidə vətəndaşın avtomobilini onunla birgə yaşayan qohumu oğurlayıb
Xırdalanda attraksiondan yıxılan qadın xəstəxanada ölüb
Sabirabadda xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanılıb
Samuxda keçmiş məhkumda odlu silah aşkarlanıb
Paytaxtın Bakıxanov qəsəbəsində çoxmərtəbəli binada yanğın olub VİDEO