×
A
A
A
Sazlamalar

Elektron demoqrafiya platformasında ölkənin intellektual potensialının analizi üçün model işlənilir

Bakı, 7 dekabr, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunda elektron demoqrafiya platformasında ölkənin intellektual potensialının analizi üçün model işlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə institutun Elmi şurasının iclasında aparılan müzakirələr zamanı məlumat verilib.
Qeyd olunub ki, cari ildə informasiya cəmiyyətinin elmi-nəzəri problemlərinin araşdırılması və effektiv metodların işlənilməsi istiqamətində tədqiqatlar davam etdirilib.
Elektron dövlət xidmətlərinin intellektual analizi aparılıb, informasiya cəmiyyəti problemləri kontekstində folklorun elmi-nəzəri əsasları araşdırılıb, Azərbaycanda informatika elminin meydana gəlməsi və inkişaf mərhələləri tədqiq olunub, virtual məkanda dil problemləri və s. mövzular üzrə tədqiqatlar aparılıb, mühüm nəticələr əldə edilib.

Texnologiya 2022-12-07 16:44:00