“Heydər Əliyev İli” çərçivəsində hazırlanacaq poçt markalarının dövriyyəyə buraxılacağı tarix açıqlanıb
Bakı, 7 dekabr, AZƏRTAC
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiqlənmiş Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş poçt markalarının və xatirə nişanlarının buraxılması tədbiri əksini tapıb.
“Azərpoçt” MMC-dən AZƏRTAC-a bildirilib ki, Tədbirlər Planına uyğun olaraq, Ulu Öndərə həsr olunmuş markanın 2023-cü ilin mart-may ayları ərzində hazırlanaraq dövriyyəyə buraxılması nəzərdə tutulur.
“Microsoft” şirkətinin məhsulu olan “Outlook”da kritik boşluq aşkarlanıb - Xəbərdarlıq
® "Gələcək üçün kodlaşdır" hakatonunun qalibləri mükafatlandırıldı
“Azərkosmos” İsrailin “Spacecom” peyk operatoru ilə əməkdaşlıq müqaviləsi imzalayıb