NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” çərçivəsində treninq
Bakı, 7 dekabr, AZƏRTAC
Milli Müdafiə Universitetində NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” çərçivəsində “Distant təhsil üzrə sistem administratorlarının hazırlanması” üzrə treninq keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, distant təhsil üzrə NATO-nun aparıcı mütəxəssisləri tərəfindən Milli Müdafiə Universitetinin aidiyyəti nümayəndələrinə veb əsaslı təlim idarəetmə sistemi (ILIAS) platforması, platformanın imkanları və funksiyaları, multimedianın yaradılması və digər mövzularda məşğələlər təşkil edilir.
Dekabrın 9-dək davam edəcək treninqin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz VİDEO
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO
Azərbaycan Ordusunda Böyük britaniyalı mütəxəssislərin iştirakı ilə təlim kursu keçirilir
Hərbi qulluqçularımız beynəlxalq təlimdə peşəkarlıq nümayiş etdirirlər
Hərbi qulluqçular daşqaldırma birinciliyində güclərini sınayıblar