×
A
A
A
Sazlamalar

Sərhəd Qoşunlarının hərbçisi müalicə aldığı xəstəxanada vəfat edib

Bakı, 7 dekabr, AZƏRTAC

Noyabrın 30-dan müalicəsi Gəncə Mərkəzi Klinikasında davam etdirilən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Nuriyev Kənan Hafiz oğlu həkimlərin göstərdiyi səylərə baxmayaraq dekabrın 6-da xəstəxanada vəfat edib.
Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Hadisə 2022-12-07 09:35:00