×
A
A
A
Sazlamalar

“Yaşıl Könüllülər” layihəsi davam edir

Bakı, 6 dekabr, AZƏRTAC
Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Yaşıl Könüllülər” layihəsi dekabrın 10-dək davam edəcək.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi gənclər arasında ekoloji maarifləndirmə işini genişləndirmək, onları ekologiya sahəsində informasiya daşıyıcısı kimi formalaşdırmaqla birgə fəaliyyətə həvəsləndirmək, gəncləri ətraf mühitin qayğısına qalmağa təşviq etməklə, asudə vaxtlarının səmərəli keçirilməsinə şərait yaratmaqdır.
Görüşün qonağı Milli Məclisin deputatı, İnsan hüquqları və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin üzvü Naqif Həmzəyev olub. Görüşdə “Ətraf mühitin mühafizə olunmasında gənclərin təşəbbüslərinin artırılması” mövzusu müzakirə olunub, qonaq tərəfindən iştirakçıların sualları cavablandırılıb.

Cəmiyyət 2022-12-06 19:51:00