×
A
A
A
Sazlamalar

Miqrasiya idarəçiliyinin biznes sektorunun inkişafına təsiri müzakirə olunub

Bakı, 6 dekabr, AZƏRTAC

Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Consun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Xidmət rəisi BP-nin enerji layihələrinin həyata keçirilməsi sahəsində Azərbaycanın əsas tərəfdaşı olduğunu vurğulayıb, təşkilatla Dövlət Miqrasiya Xidməti arasında ötən illərdə faydalı əməkdaşlığın qurulduğunu deyib.
Vüsal Hüseynov miqrasiya idarəçiliyinin biznes sektorunun inkişafına təsiri, miqrasiya xidmətlərinə müraciətlərin asanlaşdırılması, şəffaflığın təmin olunması, elektron xidmətlərin təkmilləşdirilməsi və sahibkarlarla əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində qazanılan nailiyyətləri diqqətə çatdırıb. Həmçinin DMX yanında Məşvərət Şurasında BP-nin fəal üzvlüyünü yüksək qiymətləndirib.
Qari Cons qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib, mövcud əlaqələrin gücləndirilməsi istiqamətində bundan sonra da səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

 

Cəmiyyət 2022-12-06 19:31:00