FHN: DSX-nin Akademiyasında baş vermiş yanğın tam söndürülüb
Bakı, 6 dekabr, AZƏRTAC
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının inzibati binasının dam örtüyündə baş vermiş yanğın söndürülüb.
Bu barədə AZƏRTAC-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, nazirlik tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xətai rayonunun Gəncə prospektində yerləşən DSX-nin Akademiyasının inzibati binasının dam örtüyündə baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.
Bakıda avtomobildən 1 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Gəncə sakininin içərisində pul, bank kartları, sənədləri olan cüzdanı oğurlanıb
Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb