Beynəlxalq tədbirdə azərbaycanlıların Brest qalasının müdafiəsində iştirakından danışılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Rusiya Federasiyasının Həştərxan şəhərində “Gənclərin vətənpərvərlik tərbiyəsi və vətənin müdafiəsi zamanı həlak olanların xatirəsinin əbədiləşdirilməsi” adlı onlayn beynəlxalq konfrans keçirilib. Konfransda Milli Azərbaycan Tarixi Muzeyinin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin elmi işçisi Fuad Ağayev “Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasında Brest qalası müdafiəçilərinin materialları” mövzusunda məruzə ilə çıxış edib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Qeyd olunub ki, məruzədə azərbaycanlıların Brest qalasının müdafiəsində iştirakı ilə bağlı məsələlərə toxunulub. Mövzu ilə bağlı verilmiş suallar məruzəçi tərəfindən ətraflı cavablandırılıb.
BDU tələbələri ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər
ADNSU-da “AZİİ Data analitika” mərkəzi yaradılır
Nazir Sahil Babayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
Qazaxıstanın maarif naziri ilə görüşdə təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
Dövlət İmtahan Mərkəzi TKT imtahanlarına qeydiyyat elan edib