DSX-nin Akademiyasının əsas korpusunda baş verən yanğın lokallaşdırılıb
Bakı, 6 dekabr, AZƏRTAC
Dekabr ayının 6-da saat 16:40-da Dövlət Sərhəd Xidməti Akademiyasının əsas korpusunda yanğın hadisəsi baş verib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, akademiyanın şəxsi heyəti tərəfindən yanğının söndürülməsi üzrə ilkin tədbirlər görülüb, Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar xəttinə məlumat verilib, əraziyə yanğınsöndürənlər cəlb edilib. Baş vermiş hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev başda olmaqla qurumun rəhbər heyəti hadisə yerinə yollanıb.
Yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülüb, yanğın qısa zamanda lokallaşdırılıb. Akademiyanın şəxsi heyəti arasında xəsarət alan olmayıb.
Aidiyyəti qurumlar tərəfindən hadisənin başvermə səbəbləri araşdırıldıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.
Bakıda avtomobildən 1 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Gəncə sakininin içərisində pul, bank kartları, sənədləri olan cüzdanı oğurlanıb
Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb