DSX-nin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verib
Bakı, 6 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonunun Gəncə prospektində Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın olması barədə ilkin məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam edir.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Şərur rayonunda həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakıda avtomobildən 1 kiloqramdan çox marixuana aşkarlanaraq götürülüb
Gəncə sakininin içərisində pul, bank kartları, sənədləri olan cüzdanı oğurlanıb
Binəqədi rayonunda qadına qarşı soyğunçuluq edilib
Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu aşkarlanıb