"Qara Pantera-2: Əbədi Vakanda" filmi 700 milyondan çox gəlir əldə edib
Bakı, 6 dekabr, AZƏRTAC
“Qara pantera-2: Əbədi Vakanda” (“Black panther-2: Wakanda forever”) filmi yerli kassalarda qazanılan gəlir baxımından birinci yerdədir.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, “Marvel” komiksləri əsasında çəkilən ekran əsəri ABŞ kinoteatrlarında daha 17,6 milyon dollar gəlir qazanaraq 700 milyonluq büdcə ilə rəqiblərinə heç bir şans buraxmayıb.
Qeyd edək ki, ikinci yerdə 13,3 milyon dollar qazanan komediya qorxu filmi "Zalım gecə", üçüncü yerdə isə cəmi 4,9 milyon toplaya bilmiş "Qəribə dünya" animasiya filmi qərarlaşıb.
“Azərbaycan - ərəb dili danışıq kitabçası” nəşr olunub
“Məchul pilləkən” balet-tamaşası Musiqili Teatrda
Azərbaycanın Gürcüstandakı səfirliyi rəsm müsabiqəsi elan edib