Türkiyə və Azərbaycanın müdafiə nazirləri “Qardaş yumruğu” təlimində hərbçilərə mükafatlar təqdim edib
Bakı, 6 dekabr, AZƏRTAC
Türkiyə milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Qardaş yumruğu” təliminin “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter hesabında paylaşım edilib.
Qeyd olunub ki, təlimdə nazirlərlə yanaşı, iki ordunun komandanları təlimləri izləmək üçün poliqona gəliblər. Diqqətə çatdırılıb ki, soyuq və qarlı havada keçirilən “Qardaş yumruğu” təlimində Türkiyə və Azərbaycan ordusunun hərbçiləri tərəfindən hədəflər dəqiqliklə vurulub. Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və digər ordu komandanları hədəflərə atılan atəşləri diqqətlə izləyiblər.
Noyabrın 20-də başlayan Azərbaycan-Türkiyə birgə təlimində müvəffəqiyyət göstərən iki ölkənin hərbçilərinə milli müdafiə naziri Hulusi Akar və müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən mükafatlar təqdim edilib.
NATO Müdafiə Kollecinin kursunu bitirən azərbaycanlı ilk qadın hərbi qulluqçumuz VİDEO
Mühəndis bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir VİDEO
Azərbaycan Ordusunda Böyük britaniyalı mütəxəssislərin iştirakı ilə təlim kursu keçirilir
Hərbi qulluqçularımız beynəlxalq təlimdə peşəkarlıq nümayiş etdirirlər
Hərbi qulluqçular daşqaldırma birinciliyində güclərini sınayıblar