×
A
A
A
Sazlamalar

Ağdamda heyvandarlıq məhsullarının istehsalı artıb

Ağdam, 6 dekabr, AZƏRTAC

Ağdam rayonunda bu ilin yanvar-noyabr aylarında da heyvandarlıq sahəsində uğurlu nəticələr əldə edilib. Mal-qaranın cins tərkibi daha da yaxşılaşıb, heyvandarlıq məhsulları istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, diri çəkidə ət istehsalı 4747,4 ton olmaqla 3,1 faiz, süd istehsalı 38 min 587 ton olmaqla 4 faiz, yumurta istehsalı 16.907 min ədəd olmaqla 2,5 faiz, yun istehsalı isə 203,4 ton olmaqla 0,3 faiz artıb.
Heyvandarlıq məhsullarının istehsalının artmasında heyvanların cins tərkibinin yaxşılaşdırılması mühüm rol oynayır. Rayonda heyvandarlıq məhsulları istehsalının intensiv artmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalanması uğurla həyata keçirilir. Bu ilin 11 ayında 5332 baş inək və düyə süni üsulla mayalandırılıb, 2809 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb.

Kənd təsərrüfatı 2022-12-06 15:55:00