×
A
A
A
Sazlamalar

Soyğunçuluq edən şəxsin iki nəfərin pulunu ələ keçirdiyi müəyyənləşdirilib

Bakı, 6 dekabr, AZƏRTAC

Paytaxtın Xətai və Yasamal rayonlarında ayrı-ayrı şəxslərə qarşı soyğunçuluq edən şəxs saxlanılıb. Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən Mehdi Abaszadə tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onun paytaxt ərazisində iki nəfərin 750 və 580 manat pulunu ələ keçirdiyi müəyyənləşdirilib. Araşdırma zamanı Mehdi Abaszadənin paytaxtın digər ərazilərdə də oxşar cinayətlər etdiyi məlum olub.
Rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində isə instaqram sosial şəbəkəsində tanış olduğu şəxsi daha sonra barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək pul tələb edən Rasim Həsənov saxlanılıb. Onun müxtəlif vaxtlarda zərərçəkəndən metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında 1100 dollar aldığı müəyyənləşdirilib.
Mehdi Abaszadə və Rasim Həsənov barəsində toplanan materiallar Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, rayon polis idarəsinə, ərazi polis orqanlarına, 102 - Xidməti-Zəng Mərkəzinə və nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Hadisə 2022-12-06 13:25:00