Yuri Uşakov: Rusiya üçün Böyük Avropaya inteqrasiya imkanı yaradılmadı
Moskva, 6 dekabr, AZƏRTAC
Rusiya Böyük Avropanın bir hissəsi ola bilmədi.
AZƏRTAC xəbər verir ki, bu fikri Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Moskvada keçirilən “Primakov qiraətləri” Elmi Ekspert Forumunda söyləyib.
O bildirib ki, SSRİ-nin dağılmasından 30 il keçsə də Rusiya Böyük Avropaya inteqrasiya edə, ümumavropa evində “mənzil” ala bilməyib. Y.Uşakovun sözlərinə görə, Rusiya üçün bu imkan yaradılmayıb və indi Rusiya Federasiyası özü də belə illüziyalardan uzaqlaşır.
Prezidentin köməkçisi qeyd edib ki, əvvəllər Rusiya avropalılarla birlikdə Şarl de Qolun Lissabondan Vladivostokadək ümumi məkan qurmaq ideyasının mümkünlüyünə inanırdı. Ancaq indi məlum oldu ki, bu layihə baş tutmadı. Onun fikrincə, hətta Avropa İttifaqı və ABŞ da həmin ideyadan əl çəkib.
Kanadanın şərqində 30 minə yaxın istehlakçı işıqsız qalıb
Fatih Dönməz Cənub Qaz Dəhlizi Məşvərət Şurası ilə bağlı paylaşım edib
Meksikada yanacaqdoldurma məntəqəsində partlayış olub: ölənlər var