×
A
A
A
Sazlamalar

Türkiyədə mütəşəkkil cinayətkarlığa qarşı əməliyyat: 400 nəfər saxlanılıb

İstanbul, 6 dekabr, AZƏRTAC

Türkiyədə mütəşəkkil cinayətkarlıqla mübarizə istiqamətində genişmiqyaslı əməliyyat başladılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Məlumata əsasən, Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin koordinasiyasında “Silindr” kod adı altında keçirilən əməliyyat ölkənin 50 vilayətində paralel şəkildə icra olunur.
Əməliyyatda 18 mütəşəkkil cinayətkar dəstə olmaqla ümumilikdə 502 nəfərin saxlanılması hədəflənir. Onlardan 400-ü artıq ələ keçirilib.
Nazir, 2022-ci ildə mütəşəkkil cinayət təşkilatlarına qarşı həyata keçirilən əməliyyatlarda 2703 nəfərin saxlanıldığını, 66 təşkilatın məhv edildiyini açıqlayıb.

 
Günel Məlik
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-12-06 12:48:00